Seksual fəallıq qocalmanı sürətləndirir - ALİMLƏRDƏN İDDİA
Bizi izləyin

Maraq dünyası

Seksual fəallıq qocalmanı sürətləndirir - ALİMLƏRDƏN İDDİA

Müntəzəm olaraq sekslə məşğul olmaq insanlarda sürətli qocalmaya gətirib çıxarır. Bu haqda məlumat “Biogerontology” jurnalında dərc olunub.

Publika.az xəbər verir ki, Braziliyanın Rio Qrande de Sul əyalətində yerləşən Federal universitetin alimləri tərəfindən siçanlar üzərində aparılan araşdırmadan sonra bu nəticəyə gəlinib. Alimlərin açıqlaması bundan əvvəl səsləndirilən bütün fikirləri, təsəvvürləri yalanlayaraq dünya mediasını şoka salıb.

Tədqiqatçılar müəyyən edib ki, müntəzəm sekslə məşğul olmaq insan enerjisini tükədərək sürətlə qocalmaya səbəb olur. İnsan orqanizmində yığılan enerji intim münasibət zamanı təmiz sıfırlanır və nəticədə metabolizma üçün xərclənəcək enerji qalmır. İnsan orqanizminin bərpası üçün daha az enerji parçalanır ki, bu da bütün orqanlara eyni dərəcədə paylanmadığı üçün insan orqanizmi qocalmağa başlayır. Yaş dəyişikliklərinin əsasında oksigenin aktiv formalarının sintezi dayanır. Seksual fəallıq orqanizmdə oksigen radikallarının generasiyasını gücləndirə bilir.

Araşdırma zamanı tədqiqatçılar siçovullarda antioksidləşdiricilərin miqdarına, oksigenin aktiv formalarının konsentrasiyası və oksidləşdirmə stressinin səviyyəsi zamanı parçalanmaları müşahidə ediblər. Məlum olub ki, qəfəsdə saxlanılan siçovullardan sekslə məşğul olanların orqanizmində oksidləşmə dərəcəsi digərlərinə nisbətən daha yüksək olub. Gənc siçovulların seksual fəallığı əksər hallarda qəfəslərin dağılması ilə də nəticələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm