14 TB yaddaşa malik sərt disk hazırlanıb – İLK DƏFƏ
Bizi izləyin

Maraq dünyası

14 TB yaddaşa malik sərt disk hazırlanıb – İLK DƏFƏ

“Western Digital” şirkəti tərəfindən dünyada ilk dəfə 14 TB yaddaşa malik “HGST Ultrastar Hs14” sərt disk modeli hazırlanıb.

Publika.az xəbər verir ki, yeni nəsil “Western Digital HelioSeal” texnologiyası ilə yığılan məhsullar materialların etibarlılığına və enerji effektivliyinə görə digər sərt disklərdən daha üstün xidmətlərə sahib olacaqlar.

3,5 düymlük form-faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəqiqə, buferin həcmi isə 512 meqabayt təşkil edir. İşləmə vaxtı 2,5 milyon saat nəzərdə tutulub.

Qeyd edək ki, “Western Digital” şirkəti 14 TB-lıq sərt diskin qiyməti və satışa çıxarılma tarixi haqqında rəsmi məlumat dərc etməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm