3 yaşlı uşaq 4 dəqiqəyə 20 metr hündürlüyə dırmaşır - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

3 yaşlı uşaq 4 dəqiqəyə 20 metr hündürlüyə dırmaşır - FOTO/VİDEO

Avstraliyanın Adelayda əyalətində yaşayan 3 yaşlı Bellanın valideynləri alpinist olduqları üçün uşağın da bu idman növünə xüsusi marağı var.

Publika.az Daily Mail-ə istinadən xəbər verir ki, balaca Bella kanat, kəndir və əlavə avadanlıqlardan istifadə etmədən 20 metr hündürlüyə 4 dəqiqəyə çıxır.

Bellanın anası Endi Torealba Meriba deyir ki, qızına hamilə olarkən alpinistlik edirdi:

"Bellaya hamilə olanda da dağa dırmanmışam. Yoldaşım mənim fanatım olub və o istəyirdi ki, övladımız da bizim kimi olsun. Deyəsən alpinizm eşqi qızımıza da keçib".

Endi Adealida yaşadığı şəhərdə "Bouldering Club"da alpinizm və dağadırmanma üzrə təlimatçıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm