Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR

Nyu-Yorkda "Guernsey's" hərracında ABŞ-ın 35-ci prezidenti olmuş Con Kennedinin şəxsi əşyaları satışa çıxarılıb.

Publika.az xəbər verir ki, prezidentin əşyaları içərisində iki ədəd çimərlik geyimi də olub. Onların biri 3,5 min dollara, digəri isə 1,8 min dollara satılıb.

Dünən keçirilən hərracda həmçinin prezident Kennediyə məxsus kater 75 min dollara, xüsusilə Kennedi üçün (onurğa sütunundakı travmaya görə) hazırlanmış iki ədəd kreslo 10 və 30 min dollara satılıb.

Prezidentin xanımı Jaklin Kennedinin göy rəngli çimərlik geyimi isə 1,8 min dolara satılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm