“Lütfi Zadə” adlı təyyarənin layihəsi hazırlandı - - VİDEO
Bizi izləyin

Maraq dünyası

“Lütfi Zadə” adlı təyyarənin layihəsi hazırlandı - - VİDEO

Dünya şöhrətli alim Lütfi Zadəyə həsr olunmuş təyyarə layihəsi hazırlanıb.

Qaynarinfo-nun məlumatına görə, azərbaycanlı gənclərin hazırladığı bu layihə dünyada bir ilkdir. İxtira layihəsini Tural İsmayılzadə və onun komandası ərsəyə gətirib.

Təyyarənin hazırlanmasına 120 milyon dollar lazımdır. Layihəyə artıq bir neçə ölkədən maraq da var.

“Lütfi Zadə” səsdən sürətli təyyarə layihəsidir. Ümumi uzunluğu 48 metr, qanadlarla birgə eni 52 metr, hündürlüyü isə 5,6 metrdir. Təyyarənin yüklənməmiş çəkisi 33 ton, sərnişin daşıma gücü 5 ton, yükdaşıma gücü 8 ton, yanacaq tutumu 12 ton və texniki təchizat tutumu 18 ton olmaqla, ümumi çəkisi 76 ton hesablanır.

Təyyarə 41 sərnişin və 7 heyət üzvü olmaqla ümumilikdə 48 nəfər üçün nəzərdə tutulub.

Tural İsmayılzadə deyir ki, bu layihəyə bir neçə ölkədən təklifdə gəlib.

Təyyarə 6 ədəd istiqamətini dəyişə bilən turbo mühərrikə, 3 rejimli 6 ədəd qanad və qanadlar daxili 200 ədəd kiçik mühərrikə sahibdir. Qanad hissədə 16 ədəd xüsusi pərlər bloku var ki, onların köməyi ilə təyyarə müəyyən hündürlüyə qalxa biləcək. Bundan sonra əsas mühərriklərin işə düşməsi ilə təyyarə havada sürət yığacaq. Bu mexanizm təyyarənin kiçik futbol meydançasına enməsini belə mümkün edəcək.

Təyyarənin konstruksiyasının hazırlanmasında kompozit və ilk dəfə geniş formada qrafindən istifadə olunması planlaşdırılır. Daha yüngül, daha elastik və daha sərt material təyyarənin çəkisinin və sürtünmənin azalmasına, müqavimətin çoxalmasına və sürətin artmasına əsas verəcək.

Layihə ümumilikdə hərəkətli və sabit dayanıqlı konstruksiyadan ibarət olacaq. Bu xüsusiyyətdə yaradılması nəzərdə tutulan ilk transformer-təyyarədir. Ümumilikdə transformasiya oluna bilən 62 hissədən ibarətdir. Təyyarə yana əyilmədən gövdə hissə daxildən 360 çevrilə biləcək. Havada külək təyyarəni yanlara doğru əyərsə yaranan problemin aradan qaldırılması üçün gövdə daxildən müəyyən dərəcə altında çevriləcək.

Təyyarənin qanadları qırılan və sabit hissələrdən ibarət olacaq və gövdə kimi öz oxu ətrafında və qırılma nöqtəsində şaquli istiqamətdə çevrilə biləcək. Bu zaman mühərriklər təzyiqi şaquli istiqamətdə vurub təyyarənin yerdən ayrılmasına kömək edəcək. Qanadlarda yerləşdirilən kiçik mühərriklər alternativ enerji təminatını həyata keçirəcək.

Təyyarənin gövdəsinin alt hissəsi qapalı saxlanclar rolunu oynayacaq. Uçuş zamanı uçuşa mane ola biləcək hissələr və mühərriklər qatlanaraq həmin hissəyə daxil olacaq. Bunun üçün təkərlər ayrıca bir hissəyə çıxarılıb. Bu hissə ilə texniki saxlanc hissəsinin arasında isə yük hissəsi nəzərdə tutulur.

Layihənin hazırlanmasına 1 ildən çox vaxt sərf olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm