İtaliyada aristokratlar üçün əzik tənəkə və misdən qab-qacaqlar - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

İtaliyada aristokratlar üçün əzik tənəkə və misdən qab-qacaqlar - - FOTOLAR

İtaliyanın məşhur qab-qacaq dizaynı ilə məşğul olan şirkəti - “Alessa” qədimi predmetləri və interyeri özündə əks etdirən yeni kolleksiyasını təqdim edib. Kolleksiyada istifadə olunan kataloq keçmişdə 40 növdən artıq mis avadanlığı özündə əks etdirib.

Publika.az xəbər verir ki, yüksək təbəqə üçün nəzərdə tutulan kolleksiyada bürüncdən hazırlanan “Extra Ordinary Metal” süfrə bəzəkləri, əzik tənəkələrdən istifadə edilərək qədimi qaynaq üsulları ilə hazırlanan müxtəlif formalı duz və istiot qabları (Uilyam Elsop və Federiko Qrassinin dizaynerliyi ilə) diqqət çəkib. Kolleksiyanın poladdan hazırlanan “Objets-Bijoux” seriyasına isə xırda məişət əşyaları – şüşə açacağı, qarmaqlar (Mişel Bukiyon və Maaui Diblərin dizaynerliyi ilə) daxildir.

Dizayneri Antonio Ariko olan “Blue Christmas” seriyasına isə milad bayramını xatırladacaq interyerdə hazırlanan qab-qacaqlar daxil edilib. Nümayişə İtaliyada yaşayan kübar təbəqənin sakinləri dəvət olunub. Kolleksiyanın ilkin qiyməti 70.666 dollar təşkil edir.

Bundan başqa, şirkətin yeni kolleksiyasının içərisinə ilk dəfə 1990-cı ildə Ettore Sottsassanın eskizləri əsasında limon ağacından hazırlanmış güldan da əlavə olunub.

Xatırladaq ki, “Alessi” şirkəti 1921-ci ildən fəaliyyət göstərir və ilkin mərhələlərdə məişət cihazlarının istehsalı üzrə ixtisaslaşsa da, sonradan maraqlı dizaynlarda qab-qacaq istehsalı ilə də tanınıb. Şirkətə Alberto Alessi başçılıq edir. Hazırda Mikele de Lukki, Patrisiyu Urkiolu, Jan Nuvelya, Filipp Straka, Pyero Lissoni kimi məşhur dizaynerlərlə əməkdaşlıq edilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm