Alimlərdən qadınlarla bağlı İNANMAYACAĞINIZ RƏY: sən demə, kişilər...
Bizi izləyin

Maraq dünyası

Alimlərdən qadınlarla bağlı İNANMAYACAĞINIZ RƏY: sən demə, kişilər...

Hələ Çarlz Darvin öz elmi bestselleri - "Növlərin mənşəyi”ndə diqqəti ona yönəldirdi ki, "qadın mentaliteti kişi mentalitetindən fərqlənir, xanımlarda zəriflik daha çoxdur və onlar daha az eqoistdirlər".

Publika.az bildirir ki, İsveçrə, Almaniya və Holandiya alimlərindən ibarət beynəlxalq komanda anlamağa qərar verib ki, niyə qadınlar hətta qatı alçağı belə bağışlamağa hazırdır və niyə kişilər daha çox öz maraqlarından hərəkət edirlər?

Tədqiqatın müəlliflərindən olan Sürix universitetinin neyroekonomika və sosial nevrologiya kafedrasının dosenti Filipp Tobler izah edir ki, bu fərq insan beyninin mükafatlanma sistemindədir. “Bu sistemdə fundamental rolu neyromediator dofamin oynayır, hansı ki, həzz zamanı istehsal edilir və şərti refleksləri bərkidir. Ehtimal ki, qadınlar comərdlik göstərdikləri zaman daha çox kimyəvi "mükafat" alırlar, nəinki kişilər”, - mütəxəssis bildirir.

Həkimlər bir sıra sınaqlar keçiriblər. Başlanğıc üçün onlar 56 kişi və qadın seçərək, onlara bir qədər pulu özləri və yad insanlar arasında bölmək tapşırılıb. Qadınlar pul bölgüsü zamanı daha çox əliaçıq idilər - 51% halda onlar virtual partnyorlarını aldatmırdılar. Kişilər isə yalnız 40% halda pulu “qardaş malı” kimi bölüşürdülər.

Sınaqların ikinci raundu ondan ibarət idi ki, könüllülər amisulprid adlı dərman qəbul etdikdən sonra bir də bölgüyə başlamalıdırlar. Bu dərman psixi pozğunluqların müalicəsi üçün tətbiq edilir və dofamin istehsalını bloklayır.

Bu halda isə əks mənzərə yarandı: qadınlar pulları "sıxmağa" başladılar, amma kişilərin eqoistlik və xəsislik səviyyəsi demək olar ki, dəyişmədi. Yəni beyinin dofamin istehsalı bloklanandan sonra qadınlar daha az xeyirxah, daha az comərd oldular.

Başqa bir sınaqda alimlər insanlarda comərdlik və xəsislik düyməsinin harada yerləşdiyini anlamağa qərar veriblər. Bu dəfə iqtisadi oyunlar zamanı könüllülərin beyninin MRT-si keçirilib. Aydınlaşıb ki, qərarların qəbul olunma zonası beyinin “zolaqlı bədən” adlı strukturunda yerləşir. Kişilərdə bu bölmə eqoizm hərəkətləri zamanı dofaminlə dolur, qadınlarda isə “zolaqlı bədən” həzz hormonunu kiməsə yazığı gələrkən, xeyirxahlıq edərkən alır.

Alimlər hesab edirlər ki, bu tədqiqat kişilərin və qadınların arasında gender fərqlərinin hansı bioloji əsasda olmasını göstərir. Corciya Universitetindən (ABŞ) neyrobioloq Enn Merfi əmindir ki, bu fərqlər təkamül xarakteri daşıyır. Çünki analoji davranışı gəmiricilərdə də müşahidə etmək olar. Onların arasında da dişilər daha çox altruistdirlər, nəinki erkəklər.

Yeri gəlmişkən, Merfi diqqəti həm də ona yönəldib ki, kişilərdə və qadınlarda ağrı müxtəlif mexanizmlə aradan qaldırılır. Məsələn, əməliyyat zamanı keyitmək üçün xanımlara kişilərə nisbətən iki dəfə artıq morfi vurulmalıdır. Xanım Merfi deyir ki, hələ məktəb vaxtından oğlanlar qızları hörüklərindən dartdıqları zaman onların ağlamasını qınayırdılar. İndi müasir elmi texnologiyanın köməyi ilə anlayırıq ki, bütün bunların arxasında beyinin qurğusundakı fərqlər durur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm