Piyada ölümlərini azaldacaq YENİLİK - "AĞILLI" KEÇİDLƏR - - FOTO
Bizi izləyin

Maraq dünyası

Piyada ölümlərini azaldacaq YENİLİK - "AĞILLI" KEÇİDLƏR - - FOTO

Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti yollarda təhlükəsizliyi artırmaq məqsədilə maraqlı layihə hazırlayıb. Yeni texnologiyalarla hazırlanan diod işıqlarla təchiz edilmiş "ağıllı piyada" keçidləri qəza hallarını əhəmiyyətli dərəcədə azaldacaq.

Publika.az xəbər verir ki, şirkət təqdim etdiyi “ağıllı piyada" keçidinin funksiyaları haqqında geniş məlumat dərc edib. Məlumata görə, bu keçid sensor və işıqlar vasitəsilə yaxınlıqda olan piyadalar haqqında sürücülərə xəbərdarıq edəcək. O həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verə bilir.

22 metr uzunluğa malik keçidlər işıq diodları ilə təchiz edilib. Yolda nəqliyyat vasitəsi olmadıqda keçid üzərində yaşıl işıq yanır. Keçidinin eni piyadaların sayına görə genişlənə bilir. Qaranlıqda keçiddə olan piyada haqqında sürücüyə xəbərdarlıq məqsədilə bəyaz işıq yanır. Çoxsaylı nəqliyyat vasitəsi yaxınlaşan zaman keçidin qırmızı işığı yanır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm