Artıq yumurta da silah hesab edilir - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Artıq yumurta da silah hesab edilir - FOTOLAR

Türkiyənin Ədirnə şəhərində qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, bazarda yumurta satan Görkəm Uslu CHP partiyasının üzvü və bələdiyyə sədri Rəcəb Gürkana yumurta ilə hücum edib.

Hadisənin qəribə tərəfi isə ona bu hərəkətinə görə həbs cəzası verilməsi olub.

Satıcı selfi çəkmək istəyib və bələdiyyə sədrinin icazəsi ilə ona yaxınlaşıb. Ancaq o, yumurtalarla Rəcəb Gürkanı "atəşə" tutub.

Ədirnə Cəza Məhkəməsi satıcını “ictimai vəzifəsi olan şəxsi qəsdən yaralamaq” maddəsi ilə təqsirləndirib.

Məhkəmədə ifadə verən satıcı isə bələdiyyə sədrini qəsdən yaraladığını inkar edib:

“Məqsədim sadəcə ona və mənə qarşı daha öncədən etdiyi işdən çıxarmaq cəhdlərinı etiraz etmək idi. Yaralanma oldusa da, bunu istəməyərək etdim. Ancaq peşman oldum”.

Məhkəmə sədri müdafiələrin ardınca yumurtanın silah sayıldığını bildirib və satıcını 1 il 15 gün həbs cəzasına məhkum edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm