Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİ
Bizi izləyin

Maraq dünyası

Bu şəhərdə yaşamaq üçün 2 MİN AVRO TƏKLİF EDİLİR - RƏSMİ

Əgər siz İtaliyaya köçməyi planlaşdırırsınızsa, bilin, bu şəhərciyi seçsəz 2 min avro qazanacaqsınız.

Publika.az bildirir ki, Kandela şəhərinin meri Nikola Qatta şəhər üzrə əhalinin sayını normal hesab edilən 8 min nəfərə çatdırmaq üçün maliyyə bonusu elan edib.

"Mən istəyirəm ki, yerli sakinlərin sayı heç olmasa 8 min nəfərə çatsın. Necə ki doxsanıncı illərdə belə idi - Kandelanı səs-küylü küçələrə görə "Kiçik Neapol" adlandırırdılar, şəhər turistlərlə və tacirlərlə dolu idi", - mer CNN-ə müsahibəsində bildirib.

Hazırda şəhərdə cəmi 2700 sakin var və onlar əsasən yaşlılardır. Cənab Qatta yeni daimi sakinlər üçün bələdiyyə fondu açıb.

Merin “sağ əli” Stefano Başianelli bu təşəbbüsün necə işləyəcəyini izah edir: "Biz tək insanlar üçün 800 avro, gənc cütlüklər üçün 1200 avro, 4 və daha çox insandan ibarət ailələr üçün isə 2000 avro nəzərdə tutmuşuq".

Şəhərin birinci şəxsinin təşəbbüsü artıq öz bəhrəsini verməkdədir. Belə ki, Şimali İtaliyadan 6 ailə artıq Kandelaya köçüb və bonusu alıb. Sözün qısası, bələdiyyə öz vədinə sadiqdir və Kandelanın əvvəlki şöhrət və cazibədarlığını qaytarmaq üçün ilk addımları atmağa başlayıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm