Üzünüz haqqında bilmədiyiniz 8 maraqlı fakt - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Üzünüz haqqında bilmədiyiniz 8 maraqlı fakt - - FOTOLAR

Anatomik olaraq insanın üz nahiyəsindəki hər bir xırdalıq hansısa bir funksiyanı yerinə yetirməklə yanaşı, həm də müəyyən sirləri özündə saxlayır. İnsanın üzündən onun xasiyyətini, daxili aləmini, gələcəyini hətta xəstəliklərini belə müəyyən etmək mümkündür.

Publika.az sizə insan üzündəki ən maraqlı və sirli 8 məqamı sizə təqdim edir:

1. Əllərdə olduğu kimi (sağ dominantdır) burun dəliklərində də dominantlıq var

Alimlər bunu əsas və köməkçi burun dəliyi adlandıraraq ikiyə bölüblər. Bu adı fərqli beyinə gedən qarmaqarışıq qoxuları ayırd edə bilmə sürətinə görə qoyublar. Yəni necə ki, sağ əliniz soldan daha güclü olur, ya da əksinə, eləcə də burun dəliklərində də sağ və ya sol dəlik daha tez və sürətli qoxu ala bilir.

2. İnsanın üzündə ən az iki və daha çox mikroskopik "soxulcanlar" var

3. Əslində sümüksüz orqan kimi tanıdığımız dildə belə sümük var.

Bu sümük boğazda tək sümük olmaq xüsusiyyətini daşıyır. Qulaqda da insan orqanizminin ən kiçik sümükləri var.

4. Burun və dodaq arasındakı boşluq (Philtrum)

Heç bir özəlliyi və funksiyası yoxdur. Burunla üst dodaq arasındakı boşluqda yerləşir və sadəcə sifətin simmetrik quruluşunda önəm daşıyır. Onunla nə xasiyyətinizi, nə də xəstəliyinizi müəyyən etmək olmur.

5. Üzdəki əzələlər

Gülümsədikdə və ya ciddi sifət aldıqda üzdə olan əzələlər fərqli oynayır. Gülümsədiyinizdə təxminən 52, ciddi baxdığınızda isə ən az 11 əzələ fəaliyyətdə olur.

6. Çənə sümüyü

Mandibula və ya çənə sümüyü üz nahiyəsindəki ən iri və ən möhkəm sümükdür. Çənə sümüyü dişləmə prosesinə çox kömək edir. Alimlərin fikrincə, insanın çənə sümüyü oranqutan və gibbonsların çənələrindən çox daha güclüdür.

7. Dodaq quruması

İnsan bədəninin ən təmiz nöqtəsi hesab edilir. Tər vəzləri olmadığı üçün dodaqlar tez-tez quruyur. Çatların qarşısını almaq üçün dodaqlarınızın nəmləndirilməsinə diqqət edin.

8. Üzdə keçici olan genetik asimmetriyalar var

Yəni ən nəzərəçarpan üz asimmetriyalarının bəziləri keçici əzələ hərəkətlərinin nəticəsidir. Məsələn, danışanda çox insan beyninin sol tərəfiylə üzün sağ tərəfi arasındakı güclü sinir bağlantıları səbəbindən üzlərinin sağ tərəfini sola doğru çox hərəkət etdirir. Yəni danışdıqda üzünüz olduqca nizamsız ola bilər. Buna görə narahat olmayın. Ağzınızı bağladıqdan sonra simmetriya özünə gəlir. Bu xəstəlik əlaməti hesab edilmir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm