CERN: Yer planeti əslində olmamalıdır
Bizi izləyin

Maraq dünyası

CERN: Yer planeti əslində olmamalıdır

“Dünyada mövcud olan hər maddənin anti-maddəsi də var. Buna görə də dünya əslində var olmamalıdır”.

Publika.az xəbər verir ki, bu iddia Avropa Nüvə Araşdırma Mərkəzinin (CERN) araşdırmaçıları tərəfindən irəli sürülüb.

Seçilmiş elm adamlarının yer aldığı CERN “dünyanın var olması” mövzusunda məqalə hazırlayıb. Məqalədə “var olan bütün maddələrin anti-maddəsi də var. Bu teoremə uyğun olaraq, dünya özünü yox etməlidir” yazılıb.

Lakin alimlər dünyanın hələ də niyə yox olmadığını anlamadıqlarını deyiblər.

Araşdırmanın məqsədi haqqında əməliyyatın rəhbəri Kristian Smorra məlumat verib:

“Standart modelə görə, qalaktikada bərabər miqdarda maddə və anti-maddə var. Maddənin və anti-maddənin qalaktikada hələ də niyə var olduğunu açıqlayan bəzi fərqlilikləri axtarırıq. Ancaq fərqli kütlələri, elektrik yükləri və ya başqa şeyləri olan müxtəlif ehtimallar sınadıq. Heç bir fərq tapa bilmədik. Bütün ehtimallarımız maddə və anti-maddə arasında tam bir simmetriya tapır, bu səbəbdən qalaktika əslində mövcud olmamalıdır. Biz sadəcə fərqin harda olduğunu anlaya bilmirik. Simmetriyanın qırılmasının qaynağını axtarırıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm