Alimlərdən İNQİLABİ KƏŞF: Yanmış dəri qısa müddətdə bərpa ediləcək
Bizi izləyin

Maraq dünyası

Alimlərdən İNQİLABİ KƏŞF: Yanmış dəri qısa müddətdə bərpa ediləcək

Çinin Zejiyanq Universitetinin tibb fakültəsinin müəllimləri dərin yanıqların müalicəsində istifadə olunacaq analoqu olmayan süni dəri toxuması hazırlayıb.

Publika.az xəbər verir ki, insan dərisinin kilid ünsürü olan kollagendən ibarət mal dərisindən düzəldilən süni dəri toxuması donuzlar üzərində sınaqdan keçirilib.

Sınaqların nəticəsində süni dərinin tətbiq edildiyi bütün qisimlərdə dərinin əvvəlki halına qayıtması müşahidə edilib.

Qeyd edək ki, süni dəri ilə yanıq müalicəsi bu zamana qədər təkcə ABŞ-da tətbiq edilirdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm