Ural tədqiqatçısı Marsda ÖLÜ ŞƏHƏR aşkar etdi - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Ural tədqiqatçısı Marsda ÖLÜ ŞƏHƏR aşkar etdi - FOTO/VİDEO

Nijni Tagil şəhərindən olan Valentin Deqteryov Marsın peyk şəkillərini təhlil edərkən Qırmızı planetin səthində sirli tikintilərin qalıqlarını aşkar edib.

Publika.az bildirir ki, şəkilləri "ura.ru" nəşrinə göndərən tədqiqatçı tapıntını qədim meqapolisin xarabalıqları hesab edir.

"Ölü planetdə qum altında qalan böyük şəhərin xarabalıqlarını müşahidə etmişəm. Bir neçə kilometrə çatan böyük binalar, 4 kilometr hündürlüyü olan nəhəng ehram və başqa tikintilər. Onlar qəza zamanı necə salamat qalıblar? Niyə tozlu tufanlar və asteroidlərin düşmələri onları dağıtmayıb? Əfsus, bütün bunlara indi cavab vermək mümkün deyil", - tədqiqatçı təsvirləri şərh edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm