74 yaşlı oğru: "Cavan olsaydım, məni əsla tuta bilməzdiniz"
Bizi izləyin

Maraq dünyası

74 yaşlı oğru: "Cavan olsaydım, məni əsla tuta bilməzdiniz"

300-ə yaxın cinayət işində şübhəli bilinən oğru nəhayət ki, "iş başında" yaxalanıb.

Publika.az xəbər verir ki, Yaponiyada uzun illərdir axtarılan qara maskalı, "Nindza" ləqəbli 74 yaşlı cinayətkar saxlanlıb.

8 ildir polisdən qaçmağa müvəffəq olan qoca bu dəfə həbsdən canını qurtara bilməyib. Polislər onun bu qədər oğurluğu təkbaşına etdiyinə inanmayıblar.

Təhlükəsizlik kameralarından yayınmaq üçün üzünü örtdüyünü deyən qoca ən son mağazadan 500 min manat oğurlamaqda günahlandırırlır.

Polisə ifadə verən kişi deyib ki, qoca olmasa, hələ 8 il də onu axtarmalı olacaqdılar:

"74 yaşım var, cavan oğlan deyiləm. Cavan olsaydım, əsla məni tuta bilməzdiniz".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm