Ufoloqlar Marsda 7 kilometr uzunluğu olan "spermatozoid" AŞKARLADILAR - FOTO
Bizi izləyin

Maraq dünyası

Ufoloqlar Marsda 7 kilometr uzunluğu olan "spermatozoid" AŞKARLADILAR - FOTO

“Google Mars” xidmətinin köməyi ilə Qırmızı planetin səthinin şəkillərini araşdırarkən, alimlər diqqəti qeyri-adi obyektə yönəldiblər.

Publika.az bildirir ki, mütəxəssislər müəyyən məsafədən daha çox spermatozoidi xatırladan əcaib varlığın kosmosdan Marsın səthinə düşmüş nəhəng heyvan kimi də yozurlar.

Ufoloqların sözlərinə görə, sirli varlığın uzunluğu "quyruğu"nu nəzərə almamaq şərtilə 7.7 kilometr təşkil edir. Nəhəng bədheybətdə quyruqdan başqa, ağız, burun, göz və nəsə pəncə kimi bir şey müşahidə etmək olur.

Ufoloqlar balıqların suda yaşadığı kimi, bilavasitə kosmik sahədə yaşamağa qadir olan canlıların necə qidalandığını, yaşamaq üçün labüd olan maddələri haradan və necə aldığını müəyyən etməkdə çətinlik çəkirlər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm