Sehrli “Şimal işıqları” - Məftun olacağınız 7 MARAQLI YER
Bizi izləyin

Maraq dünyası

Sehrli “Şimal işıqları” - Məftun olacağınız 7 MARAQLI YER

Dünya içində bir başqa dünyaya aparan bir çox maraqlı yerlər haqqında yazmışdıq. Lakin indi sizə təqdim edəcəyimiz material dünyanın ən işıqlı ərazilərindən ibarətdir. Bu dünyadan çıxmadan özünüzü göyün 7-ci qatında hiss edəcəyiniz bu möhtəşəm yerlər təbiətin hədiyyəsidir desək yanlmarıq. Rəqs edən rəngli “şimal işıqları” günəş şüalarının qırıldığı yerin, təxminən 60-250 kilometr kənarında maqnit sahə arasında meydana gəlir. Mart və sentyabr ayları arasında günəş şüalarının sınma bucağı atmosferə qarışan hissəciklərlə birləşərək maraqlı görüntülər yaradır.

Publika.az sizə 7 möcüzəli məkan haqqında maraqlı fotolar təqdim edir:

1. İslandiya

Möcüzəli “Şimal işıqları” olmadan belə aprel və avqust aylarında İslandiyaya getsəniz buzlaqları, şəlalələri və vulkanları sizi məst edəcək. Bu möcüzəvi yerlərə səyahət etməmisinizsə, mütləq qeyd edin. Ölkənin genişliyi və uzunluğu şimal işıqları boyunca sanki işıqlı bir cığır açır. Amma təəsüf ki, qeyri-stabil hava şəraiti bu işıqların hər zaman bəlli olmasına şərait yaratmır.

2. Fairbanks - Alyaska

ABŞ-ın Beynəlxalq hava limanı ilə valehedici “Denali” milli parkı yaxınlığında yerləşən Fairbanks “Şimal işıqları”nı seyr etmək üçün ölkədə ən mükəmməl yer hesab olunur. İslandiyadan fərqli olaraq, burada hava proqnozuna nəzarət edən qurum ən münasib vaxtlarda insanlara şəhər işıqlarını seyr edə bilmələri üçün turlar təşkil edirlər.

3. Yelovnayf - Kanada

Kanada “şimal işıqları”nın ən mükəmməl izləmə nöqtəsidir. Paralel və aşağı səviyyədə olan ərzilərdən işıqları çox rahat şəkildə müşahidə etmək mümkündür. Xüsusilədə “Wood Buffalo” və “Jasper” milli parklarının ərazilərindən. Buraya əsasən ya may, ya da avqust aylarında gəlmək məsləhətdir.

4. Tromso - Norveç

Norveçin şimal hissəsində yerləşən Tromso ən böyük şəhər hesab olunur. Buzlaq çəmbərinin 217 mil şimalında olmasına baxmayaraq, körfəzdən sahil işıqları inanlmaz aydın və əlçatan görünür. Ərazidə hava temperaturu olduqca mülayimdir. Buranın digər məşhur yerləri isə Nordkapp və Kirkenes şəhərlərinin yaxınlğında yerləşən Lofoten və Alta adalarıdır. Bu gözəlliklərdən zövq almaq üçün sentyabrda gəlməyiniz kifayətdir.

5. Şimali İsveçrə və Finlandiya

İsveçin uzaq şimalında yerləşən Kiruna qəsəbəsi səyahət üçün seçilməsi lazım olan növbəti möhtəşəm məkanlardan biridir. Yaxınlıqda nəfəs kəsən mənzərəli meşələr var. Buz hoteli, dağlıq “Abisko” milli parkı, yerli Sami mədəniyyəti və çoxlu şimal maralına rast gəlmək olar. Qəsəbədən bir az aralıda isə kiçik bir cığır sizi “şimal işıqları”na doğru aparır. Norveç sahillərinin havası soyuq olmasına baxmayaraq sabitdir. Finlandiyanın Lapland bölgəsində yerləşən “Roveniemi”, yaxınlıqdakı milli parklar da çox gözəldir. Qəsəbəni əhatəyə alan parklar qışda ağ qara bürünür, üzərinə düşən “şimal işıqları” isə ağacları rəngarəng yeni il ağacına bənzədir. Sentyabr və oktyabr aylarından əvvəl getməsəz bu möcüzəli anları görə bilərsiz.

6. Yeni Zelandiya

“Şimal işıqları” cənub işıqlarından daha çox görünür. Ətraf ərazilərdə cənub işıqlarını görə biləcəyiniz çox az sayda yerlər mövcuddur. Burada ən yaxşı şansınız Tazmanya (Avstraliya) və Yeni Zelandiyanın cənub yüksəklikləridir. Bu nöqtələrdə gecənin zülmət qaranlığında göyə saçılan işıqlar göy üzündə əsrarəngiz mənzərə yaradır. Antarktika istisna olmaqla cənub qütbündə ən gözəl mənzərə məhz burada müşahidə olunur. İlin ikinci rübündə getmək lazmdır.

7. Greenland

Bir az daha uzaqlara getsək, məsələn, Şimali Qrenlandiya adalarına, burada da “şimal işıqları”nı görmək mümkündür. Lakin yaz fəslində belə sürüşkən buz dağını görmək istəsəniz Qrenlandiya buzlaqlarına baş çəkin. Bunun üçün adanın bir balaca cənubuna doğru getməli olacaqsız. Avqust ayı bu mənzərələrin ən gözəl göründüyü vaxtdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm