Aparıcının astronavta sualı ölkəni qarışdırdı: "Aydan bir parça qopardıb..." - VİDEO
Bizi izləyin

Maraq dünyası

Aparıcının astronavta sualı ölkəni qarışdırdı: "Aydan bir parça qopardıb..." - VİDEO

Amerikanın "İTV" telekanalında yayımlanan "This Morning" proqramına dəvət olunan astronom Tim Pik aparıcının sualları qarşısında çaş-baş qalıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyanın astronavtı Tim Pik Ayda apardıqları araşdırımalar haqqında məlumat verib. Astronavtın sözünü kəsən aparıcı Amanda Xok ona qəribə sual verib:

"Siz o boyda Aya getdiniz. Bəs niyə Aydan kiçik bir parça da olsa, qopardıb özünüzlə Yerə gətirmədiniz?"

T.Pik isə "biz Ayın səthinə enmədik, sadəcə kosmik gəminin içərisində olmuşuq" deyə cavab verib. Cavabın ardından mövzunu dəyişmək yerinə yenidən "sizin yerinizdə olsam, mütləq özümlə bir parça götürərdim" deyən aparıcı izləyicilər tərəfindən gülüş obyektinə çevrilib.

Tim Pik bu fikrin maraqlı olduğunu deyib:

"Əslində dediyiniz gözəl fikirdir. Amma başa düşün ki, orada hər şey ciddi nəzarət altındadır. Rəhbərlikdən icazəsiz addım atmaq mümkün deyil".

Sosial şəbəkələrdə geniş müzakirə edilən proqram sürətlə reytinqini itirib. İzləyicilərin 99%-i aparıcının dəyişdirilməsini tələb edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm