Bəylər sosial şəbəkələrdə xanımları niyə narahat edir?
Bizi izləyin

Maraq dünyası

Bəylər sosial şəbəkələrdə xanımları niyə narahat edir?

Sosial şəbəkələrdən düzgün istifadə etməyən, istifadəçiləri narahat edən şəxslər sizcə bunu hansı səbəblə edir? Məqsəd nədir sizcə? Bu sualın cavabını tapmaq üçün “Hater” adlı tanışlıq şəbəkəsinin təsisçiləri maraqlı araşdırma aparıb. Araşdırma nəticəsində, 20-50 yaş arası kişi və qadınların social şəbəkələrdə nə üçün digər istifadəçiləri narahat etdiyinin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, tədqiqatçılar qeyd edir ki, müəyyən yaş dövründə insanları özündən çıxaran, qıcıqlandıran bir sıra nüanslar yaranmağa başlayır. Paxıllıq isə bunları daha da alovlandırır. Daha çox kişilər sosial şəbəkələrdə müxtəlif yaş qruplarında olan qadınlara nifrət edir və onları narahat etməyə başlayırlar.

“Hater” şəbəkəsi araşdırmanın nəticəsini açıqlayıb.

Nəticələrə görə, 50 və daha yuxarı yaş qrupuna aid olan kişilər sosial şəbəkələrədə gənc və ağır makiyaj edən xanımlara nifrət edir. Bu nifrəti onlara bəlli etmək məqsədilə yazıb onları narahat edərək etirazlarını bildirməyə çalışırlar. 40 yaşlı kişi istifadəçiləri isə qadınların açıq geyimi cəlb edir. 30 yaşlı kişilər “Snapchat” proqramından istifadə edərək, şəkil və video paylaşan xanımlara yazaraq etiraz edirlər. 20 yaşlı gənc oğlanlar isə xüsusilə bədənində tatu olan xanımlara yazaraq onları narahat edir.

Eyni zamanda qadınlar da kişilərdən geri qalmayıb. Belə ki, yaşı 50 və daha yuxarı olan qadınları sosial şəbəkədəki həmyaşıdlarının dəbdəbəli restoranlarda xanımlarla çəkdirdikləri şəkillər qıcıqlandırır. 40 yaşlı qadınlar şəbəkəni ciddiyə alaraq səliqəli kostyum və qalstukda özünü “cool” göstərməyə çalışan bəylərə qıcıq olurlar. 30-20 yaş arası xanımlar isə bəylərin dəb xatirinə dar şalvarlar geyinməsini lağa qoyaraq “screen”lər paylaşırlar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm