Çinlilərdən YENİLİK – “Baxıcı robotlar” - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Çinlilərdən YENİLİK – “Baxıcı robotlar” - - FOTOLAR

Çində yaşlı insanlara xidmət edəcək baxıcı "robotlar" istehsal edilib.

Publika.az xəbər verir ki, Çinin nəhəng texnologiya şirkətlərindən olan “Siasun” dünya bazarına maraqlı layihə ilə çıxıb.

Hündürlüyü 1 metr olan robot kamera ilə təchiz edilmiş sensor lövhələrdən ibarətdir. Robot hərəkət edərək yaşlı insanların, yataq xəstəsi olan qocaların göz hizasına uyğun formada dayanır. Qocaların fotoşəkillərini, videogörüntülərini çəkərək yaxınlarına göndərir.

Eyni zamanda robotun sistemində yaşlıların təzyiq, ürək ritmini nəzarətdə saxlayacaq xüsusiyyəti ilə də seçilir. Robot yaşlı insanlara yardım kampaniyası çərçivəsində ictimaiyyətə təqdim edilib.

“Siasun" şirkətinin baş meneceri Dun Xuan bildirib ki, kompyuter texnologiyası ilə hazırlanan robot xəstə insanlarla yanaşı, tənha, kimsəsiz insanlara yoldaşlıq etməsi məqsədilə də nəzərdə tutulub.

Ağıllı robotların il ərzində 20 mindən çox istehsalı nəzərdə tutulub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm