Yeni nəsil "ağıllı çətirlər" hazırlandı - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Yeni nəsil "ağıllı çətirlər" hazırlandı - - FOTOLAR

Qış fəsli yağış, qar, soyuq, şaxta ilə təsvir edilir. Çətirsiz çölə çıxmaq demək olar ki, mümkün deyil. Küləkli havada tərsinə dönən, ya çox kiçik, ya da çox böyük ölçüdə olan çətirlərin dövrü geridə qaldı. Yaxın günlərdə dünyanın ən "ağıllı çətiri" satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, sözügedən çətir "Air Shield Umbrella" adlanır. Layihə rəhbəri olan firma çətiri elə dizayn edilib ki, islanma riski çox azdır. Üstəlik, tünd rəngli materiallardan deyil şəffaf olaraq hazırlanıb. Bu, ətrafı rahat şəkildə görə bilməniz üçün şərait yaradır. Həmçinin çətirin üst hissəsində LED işıqlar yerləşdiriblər. İstəsəniz gecə saatlarında bu işığı yandıraraq gəzə bilərsiniz.

"Air Shield Umbrella" iddialı dizaynı ilə ilk dəfə Yaponiyada satışa çıxarılacaq. Şirkət məhsulun qiymətini hələ açıqlamayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm