Sakit okeanda qədim şəhər aşkarlandı - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Sakit okeanda qədim şəhər aşkarlandı - FOTO/VİDEO

Alimlər Sakit okeanın ortasında qədim şəhəri aşkar ediblər.

Publika.az xəbər verir ki, Mikroneziyanın sahilində yerləşən qeyri-adi və sirli yer haqqında “Independent” məlumat yayıb.

Nan-Madol adı verilən şəhər Ponpei adasındadır. Şəhər su kanalları ilə bölünən həndəsi düzgün kvadratlardan ibarətdir. Mütəxəssislərin fikrincə, şəhər bizim eramızın birinci və ya ikinci yüzilliyində salınıb.

Nan-Madol bazalt monolitlərdən və mərcan bloklarından tikilib. Orada məbədlərin, yaşayış evlərinin, sarayların və məqbərələrin xarabalıqlarları var.

Əsas tapmaca budur ki, niyə şəhər ən yaxın sivilizasiyadan bu dərəcədə uzaqda yerləşir.

Alimlər güman edirlər ki, Nan-Madol Sakit okeanı adalarında ilk tapılan şəhərdir. Öz çiçəklənmə dövründə bu şəhər dini mərasimlərin mərkəzi, keçmiş sərkərdələrin istirahət yeri və paytaxt rolunu oynayıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm