• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

Yaponiyada "Piala" adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib.

Publika.az xəbər verir ki, şirkətin siqaret çəkməyən əməkdaşları, siqaret çəkən həmkarlarının iş saatları ərzində tez-tez siqaret bəhanəsi ilə işdən yayındığını deyərək şikayət ediblər.

Şikayətdə qeyd olunur ki, binanın 29-cu mərtəbəsində yerləşən ofisdən aşağı düşüb siqaret çəkib qayıtmaq üçün ən az 20 dəqiqə vaxt lazımdır. Bunu gün ərzində 4-5 dəfə təkrarlayan həmkarlar işlərinə qeyri-ciddi yanaşmaqda ittiham ediliblər.

Şirkət sözçüsü Hirotaka Matsasuşa isə buna etiraz olaraq şirkətin siqaretdən istifadə etməyən əməkdaşlarına 6 günlük məzuniyyət verib.

Qaydalara görə, gün ərzində 6 saatdan çox çalışan işçilərə 20 dəqiqəlik fasilə icazəsi verilməlidir. Lakin bu yalnız bir dəfə üçün keçərlidir.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR