• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Seks-robotlar qatilə çevrilir - BMT-də müzakirə - VİDEO

Seks-robotlar qatilə çevrilir - BMT-də müzakirə - VİDEO

BMT-nin Adi Silahlar Registrinə əsasən keçirilən təqdimatda yeni istehsal edilən robotların insanlıq üçün son dərəcədə təhlükəli olması diqqətə çatdırılıb. Cenevrədə "Süni zəka ilə hərəkət edən qatil robotların qadağan edilməsi çağırışı" adlı konfras 5 gün davam edəcək. Konfransa 70-ə yaxın ölkədən nümayəndə heyətləri qatılıb.

Publika.az xəbər verir ki, qatil robotlara qarşı qadağaların tətbiq edilməli olduğu vurğulanıb.

Bu mövzuda ciddi əsasnamələrə ehtiyac olduğunu deyən Kaliforniya Universitetində süni zəka texnologiyaları üzərində çalışan Stuart Rassel, seks-robotların daha da təkminləşdirilərək “zirehli” döyüş qurğularına çevrilməsinin qarşısının alınmasının vacibliyini qeyd edib:

“Qatil robotların hazırlanmasını dayandırmaq məqsədilə kampaniya aparılmalıdır. Texnologiya artıq insan idarəsindən çıxır. Ölümcül robot texnologiyası hazırda mövcud vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Müharibə şəraitində olan ölkələrin belə robotlara təlbatı bəşəriyyətin sonu demək olar”.

Hazırda qatıl robotların proqramlaşdırılması üzrə ABŞ, Çin, Rusiya, İsrail, Cənubi Koreya və Böyük Britaniyada ciddi araşdırmalar aparılır. Əgər bu ölkələrdən biri tətiyi çəkərsə, əslində texnologiyanın bir film kadrlarından daha dəhşətli nəticələr göstərəcəyini görmək olar.

Bu cür texnologiyaların, silahlanma sahəsində qaydaları pozaraq "silahlı terror qruplaşmalarının" əlinə keçməsinin qarşısını almaq üçün bu istehsalı tamamilə dayandırmaq lazımdır. Kampaniyada eyni zamanda barıt və nüvə silahının da "müharibə texnologiyalarındakı üçüncü təkamül” mərhələsi olduğu diqqətə çatdırılaraq, qadağan edilməsi təklif edilib.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR