38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - - FOTO
Bizi izləyin

Maraq dünyası

38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - - FOTO

Uqandanın Kambimbir kəndində yaşayan 37 yaşlı qadının nə az, nə çox, düz 38 övladı var.

Publika.az xəbər verir ki, Məryəm Nabatanzi adlı qadının eyni kişidən 10-u qız, 28-i oğlan olmaqla, 38 uşağı var.

Belə ki, qadın hamilə qalanda əkiz uşaqlar dünyaya gətirir. Bu günə qədər 3 dəfə əkiz, 3 dəfə dördəm və 3 dəfə də üçəm dünyaya gətirib. Onun daha altı övladı olub ki, onlar çox qısa yaşayıb və tez ölüblər.

N.Məryəm deyir ki, ən böyük övladı 23 yaş, ən kiçiyi isə 2 aylıqdır. Daha övlad sahibi olmaq istəməyən qadın, yoldaşı ilə birlikdə qərar qəbul edib və sonuncu doğum zamanı bətnini götüzdürüb.

12 yaşında ailə quran Məryəm ilk övladını 13 yaşında dünyaya gətirdiyini deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm