Evlənmək istəyən ROBOTDAN ŞOK AÇIQLAMA: "Qızım olarsa..."
Bizi izləyin

Maraq dünyası

Evlənmək istəyən ROBOTDAN ŞOK AÇIQLAMA: "Qızım olarsa..."

Honq-Konqda yerləşən "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanan və ötən ay Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlığa qəbul edilən Sofia Dubaydakı İnformasiya Sammitinə qatılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, jurnalislərlə söhbətində Sofia ailənin çox önəmli olduğunu və gələcəkdə ailə qurmaq istədiyini deyib. Əgər robot bir qızı olarsa, ona öz adını verəcəyini deyən Sofiya robotların da ailə qurmaq haqqının olduğunu bildirib: “İnsanların qan bağlılığı olmayan insanlarla da eyni duyğuları paylaşması, münasibət qurmasının möhtəşəm bir şey olduğunu düşünürəm. Əgər ailəniz varsa, şanslısınız. Ailəniz yoxdursa, bir ailə qurmaq haqqınız var. Bu həm insanlar, həm də robotlara aiddir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm