Maraq dünyası
Uşaqlar üçün FEYSBUK
13 yaşdan aşağı 20 milyondan çox uşaq feysbukdan istifadə edir.
Publika.az xəbər verir ki, bunu nəzərə alan şirkət uşaqlar üçün yeni xidmət yaradır.
Belə ki, şirkət 13 yaşdan aşağı uşaqların feysbuka daxil olmasına icazə verməsə də, onlar yaşlarını çox göstərərək sosial şəbəkəyə daxil olurlar. Şirkət uşaqların təhlükəsizliyi üçün Mesencer Kids xidmətini təklif edir.
Uşaqların bu xidmətdən istifadə etməsi üçün valideynlərinin icazəsi lazımdır. Şirkət bu yenilikdən əldə ediləcək məlumatların reklam məqsədilə istifadə edilməyəcəyini bəyan edib.
Mesencer Kids feysbukun mesaj xidmətinin daha bəsit və bağlı versiyasıdır.
Şirkətdən verilən rəsmi açıqlamada bildirilib ki, valideynlər uşaqların yeni nəsil telefonlar və planşetlərdən istifadəsinə icazə verir. Lakin hansı xidmətin uşaqlar üçün uyğun olduğu məsələsində narahatlıqları var.
“Araşdırmalarımız və valideynlərlə söhbətlərimiz nəticəsində belə bir qənaətə gəlmişik. Lakin bundan sonra Mesencer Kidsdən istifadə edən iki uşağın bir-biri ilə dost olması üçün valideynlərin razılığı olmalıdır. Yalnız bu razılıqdan sonra dostlar canlı söhbət edə, şəkil və mesaj göndərə bilir. Uşaqlar üçün xüsusi giflər də hazırlanıb".
Feysbuk qeydiyyatdan keçən uşaqların yaşını avtomatik müəyyən edə biləcək. Messencer Kids ilk mərhələdə yalnız ABŞ-da tətbiq ediləcək.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK