Kişiləri çadra bağlayan mavi xalq: Qadınlar istədikləri sayda kişi ilə görüşə bilərlər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Kişiləri çadra bağlayan mavi xalq: Qadınlar istədikləri sayda kişi ilə görüşə bilərlər - FOTOLAR

Tuareqlər dünyada yeganə xalqdır ki, kişilərin çadra ilə gəzməyi mütləqdir. Həddi-buluğa çatmış tuareq oğlanları atalarından iki şey alırlar: çadra və qılınc. Onlara bütün sonrakı həyatları boyu çadranı yalnız öz arvadlarının yanında açamağa icazə verilir.

Çadranı yaxın qohumların yanında belə açmaq olmaz, hətta yemək yeyərkən və ya yatarkən çadranı açmaq qadağandır.

Tuareqlər deyirlər: “Allah qadını gözəl yaradıb, ona görə də qadının üzü açıq olmalıdır. Qoy hamı bu gözəlliyi görsün...”

Tuareq qadınları isə kişilərində fərqli olaraq, nəinki çadrasız dolaşa bilə, hətta azad seksual həyat sürə bilərlər. Evlənənədək onlara istədikləri qədər seksual partnoyla görüşməyə icazə verilir.

Amma bir şərtlə ki, şəxsi həyatlarını gizli saxlasınlar. Bu, o deməkdir ki, kişilər öz sevgililərinin çadırına hava qaralandan sonra gəlməli və dan yeri sökülməmiş çıxıb getməlidirlər.

Adətə görə, ər heç bir işi özbaşına görə bilməz; heç nəyə özbaşına qərar verə bilməz. O, mütləq ya öz arvadı ilə, ya da anası ilə məsləhətləşməlidir.

Tuareq qadınları hər dəfə boşananda xeyli mülkiyyət əldə edirlər. Belə ki, qaydaya görə, boşanma zamanı bütün var-dövlət arvada qalır, ər isə yalnız öz dəvəsini götürə bilər. Buna görə də də boşanma - tuareq qadınları üçün əsl toy-bayram deməkdir.

Onlar bu əlamətdar hadisəni xüsusi ziyafətlə qeyd edirlər və bununla da bütün qəbiləyə artıq azad olduqlarını bəyan etmiş olurlar.

Boşandıqdan sonra uşaqlar, birmənalı olaraq, ana ilə qalır.

Tuareqlərin milli geyimləri, adətən, tünd-mavi rəngdə olur, buna görə də çox vaxt onları “mavi xalq” adlandırırlar.

Tuareq qadınları bahalı daş-qaş taxmağı çox sevirlər.

Tuareq cəmiyyətində qadına xüsusi hörmətlə yanaşırlar. Matriarxat münasibətlər sistemini müasir dövrədək qoruyub saxlayan yeganə xalq – tuareq xalqıdır.

Kişilərdən fərqli olaraq, qadınlar uşaqlıqdan yaxşı savad alırlar. Çünki xalqın qədim adət-ənənəsini gələcək nəsillərə ötürmək, uşaqlara tərbiyə vermək onların vəzifəsidir. Kişiyə isə savad o qədər də lazım deyil. Onları işi – döyüşməkdir. Bununçünsə savad lazım deyil.

Tuareqlər kişi və qadın arasında sevgiyə çox dəyər verirlər. Onlar deyirlər: “Kişi və qadın təkcə yataqda yox, həm də ürəkdə birgə olmalıdır.”

Tuareqlər şeirə də çox dəyər verirlər. Bir gənc tuareq oğlanı bəyəndiyi qızın könlüyü yalnız və yalnız gözəl şeir ilə ala bilər. Əgər qız şeiri bəyənsə, onda oğlana şans verəcək.

Tuareq xalqı, əsasən, İslam dininə sitayış edir.

(Yazıda “Moya planeta” jurnalının meteriallarından istifadə edilib)

Əli Vəli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm