Stiv Cobs - dahi psixopat: “Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır”
Bizi izləyin

Maraq dünyası

Stiv Cobs - dahi psixopat: “Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır”

Stiv Cobs haqqında çox yazıblar.

Axı o, müasir dünyanı dizayn edən adamlardan biri idi.

Təkrarçılıq etməyəcəyik.

Dahi idimi? Şübhəsiz!

Psixopat idimi?

Publika.az Stiv Cobsun yaşam tərzi və xarakteri haqqında az adama məlum olan faktları təqdim edir:

Cobs düşünürdü ki, ABŞ-da avtomobil nömrə nişanlarının şriftləri çox eybəcərdir. Bu, onu çox narahat edirdi. Hər dəfə öz avtomobilinin nörmələrini görəndə əhvalı korlanırdı.

Nəhayət, çıxış yolu tapdı. Kaliforniya şatatının qanunlarına görə, yeni avtomobil alanda nömrəni 6 ay ərzində taxmaq lazımdır. Bu, o demək idi ki, avtomobili 6 ay nömrəsiz sürmək olar.

Cobs avto-salonla razılığa gəldi ki, hər 6 ayda bir ona eyni rəngdə, eyni marka avtomobil gətirsinlər.

Beləcə, Cobs özünün gümüşü Mersedes-Benz SL55-ini hər 6 ayda bir yeniləyərək nömrəsiz sürdü.

Çoxlarına məlumdur ki, Stiv hər zaman eyni cür geyirdi: “Levis”dən mavi cins, “New Balance”dan ayaqqabı və sadə, qara, uzunboğaz sviter. Deyirlər ki, Cobs hər dəfə paltar alarkən vaxt itiməməkçün belə edirdi. Amma bu, kökündən yanlışdır.

Məsələ bu ki, Cobs geyimə uniforma kimi baxırdı. Yuxarıda qeyd etdiyimiz geyimlər onun uniforması idi. O, həmişə uniformada gəzirdi.

Cobs prefeksionist idi. “Prefeksionist” termini hər şeyin ideal formasını tələb edən insanların psixoloji durumunu ifadə edir. Bütün işlər onun şəxsi razılığı ilə edilməli idi. Hər bir detal onunla razılaşdırılmalı idi.

Cobs mebelləri sevmirdi. Hələ subaykən evdə döşək, masa və bir-iki stuldan savayı heç nə yox idi. Evləndikdən sonra da vəziyyət bir o qədər dəyişmədi.

“Biz düz səkkiz il evə alınacaq mebelləri müzakirə etdik, - Cobsun arvadı Lauren danışır – məsələn, mən Stivə izah edə bilmirdim ki, evə divan almaq lazımdır. O, tez-tez soruşurdu ki, evdə divan nə işə yarayır?”

“Apple”in ofisindəki bütün pəncərələr küt idi: şəxsən Cobsun istəyi ilə pəncərələri elə düzəltmişdilər ki, açıb-bağlamaq mümkün olmasın. Cobs düşünürdü ki, adi işçilərə nəyisə açmağa icazə vermək olmaz. Onlar hər şeyi korlaya bilərlər.

Ölüm yatağında olarkən belə, Cobs ona nəzarət edəcək 3 tibbi bacısını seçmək üçün düz 67 dəfə kastinq təşkil etmişdi.

Bir dəfə o, güclü sakitləşdirici təsiri altında olmasına baxmayaraq, oksigen maskasını çıxarıb atmış və demişdi ki, maskanın dizaynı xoşuna gəlmir, daha bir-neçə varianta baxmaq lazımdır.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm