Sahibi qazanc gətirməyən itin başına oyun açdı - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Sahibi qazanc gətirməyən itin başına oyun açdı - - VİDEO

İt yarışlarında qazanc gətirsin deyə aldığı it yarışı uduzduğu üçün sahibi tərəfindən vəhşicəsinə öldürülüb.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sahibi onu maddi ziyana salan itini ayaqlarından tutaraq yerdən-yerə vurub. Həmin vəhşilikləri kameraya çəkən adam sonda itin ətini bişirib yeyəcəyini də deyib.

Sözügedən hadisə Çində qeydə alınıb. Vəhşilik edən şəxsin bu addımı dünya mediasında kəskin şəkildə tənqid edilib.

Xoşagəlməz hadisənin əks olunduğu görüntülər Çinin ən böyük sosial şəbəkəsi sayılan "Weibo"ya “İtləriniz sizə ziyan vurursa, onları öldürün” başlığı altında yüklənib. Videonu gün ərzində 2 milyondan çox insan izləyib və ictimailəşdirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm