Maraq dünyası
Tanrı qüdrətli deyil?
“Qüdrətlilik paradoksu”ndan danışacağıq...
Əvvəlcə gəlin görək, ümumiyyətlə, “paradoks” nədir?
Paradoks – məntiq elmində çox istifadə edilən anlayışlardan biridir. Yunan dilində tərcümədə “qəribə” mənasını verir.
Paradoks - ayrılıqda düz olan iki və ya da çox fikrin bir yerə gəldikdə ziddiyət yaratmasıdır.
Məşhur paradokslardan biri də “Qüdrətlilik paradoksu”dur. Bu haqda çox yazıblar. Amma biz daha sadə dillə izah etməyə çalışacağıq.
“Qüdətlilik paradoksu” sual formasında ifadə edilir:
“Tanrı heç kəsin qaldıra bilmədiyi daş yarada bilərmi?”
Tutaq ki, Tanrı belə bir daş yaratdı. Bəs özü o daşı qaldıra bilərmi?
Tutaq ki, Tanrı o daşı qaldıra bilmir – demək, Tanrı qüdrətli deyil. Axı qüdrətlilik anlayışı sərhədsiz bacarığı ifadə edir.
Tutaq ki, Tanrı o daşı qaldıra bilir – demək, Tanrı qüdrətli deyil. Əgər Tanrı özü öz yaratdığı daşı qaldıra bilirsə, deməli, o, HEÇ KƏSİN qaldıra bilmədiyi daş yaratmayıb. (sxemə bax)
Bir çox filosoflar bu paradoksdan istifadə edərək mütləq qüdrət anlayışını inkar etməyə çalışırlar. Qüdrətlilik paradoksuna görə, mütləq qüdrət mövcud deyil.
Bəzi folosoflar isə (məsələn, Rene Dekart) deyirlər ki, ortadakı problemə baxmayaraq, Tanrı mütləq qüdrətə sahibdir.
Bəzi ateist cəmiyyətlər bu paradoksdan istifadə edərək Tanrının “mütləq qüdrətli” və “tək” əlamətlərini məntiqi yolla inkar etməyə çalışırlar.
Qüdrətlilik paradoksunun məşhur variantında deyilir: “Allah özü kimi ikinci bir allah yarada bilər?”
Tutaq ki, Allah özü kimi ikinci bir allah yaratdı – onda belə çıxır ki, Allahın şəriki olacaq, bu isə Allahın “tək” (“La ilahə illalah” – “Allahdan başqa tanrı yoxdur) sifətinə ziddir. Məhz buna görə də Allah özü kimi ikinci bir allah yarada bilməz. Əgər Allah özü kimi ikinci bir allah yarada bilməzsə, demək o, mütləq qüdrət sahibi deyil.
Əli
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO