• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

“İlin sözü”

“İlin sözü”

“Kolins” lüğəti “İlin sözü” nominasiyası üzrə dünyada ən çox işlənən ifadəni elan edib.

Publika.az xəbər verir ki, bu “saxta xəbər” birləşməsidir.

Bu sözdən 2017-ci ildə, özəlliklə, ABŞ prezidenti Donald Tramp tərəfindən sıx şəkildə istifadə olunub. O, "Tvitter" hesabı vasitəsilə verdiyi mesajlarda 150 dəfə “saxta xəbər” ifadəsindən istifadə edib.

“Saxta xəbər” nə deməkdir?

Saxta xəbərlər 3 yerə ayrılır:

Zərər vermək məqsədilə və şüurlu şəkildə istifadə edilən xəbərlər; Zərər vermək potensialı olan, şüursuz şəkildə yayılan xəbərlər; Əyləncə məqsədli, zərərsiz saxta xəbərlər

“Saxta xəbər” nə zaman ortaya çıxır?

İnsanlar doğru bilgini əldə edə bilmədikəri, qurumlara güvənmədikləri, onların yanlış bilgi verdiyini düşündüyü zamanlarda saxta xəbərlər yayılmağa başlayır. Belə situasiyalar isə əsasən, partlayış, hücum kimi təcili və gözlənilməz hadisələr baş verəndə ortaya çıxır.

“Saxta xəbər”lərə qarşı nə etməli?

Yayılan xəbərləri imkan daxilində ingilis dilində axtarmaq; Xəbərin ana qaynağını axtarıb tapmaq; Şübhə etməyə davam etmək (yayılan xəbəri araşdırmadan ona inanmamaq)

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR