Yeri qorxuya salan qara dəlikli asteroidin görüntüsü YAYILDI - VİDEO
Bizi izləyin

Maraq dünyası

Yeri qorxuya salan qara dəlikli asteroidin görüntüsü YAYILDI - VİDEO

ABŞ Aviasiya və Kosmos Agentliyi (NASA) “Çiçksulub” adlı asteroidin Yer kürəsinin yaxınlığından keçən kiçik "qardaşının" fotolarını yayımlayıb.

Publika.az xəbər verir ki, asteroidin mərkəzində qaranlıq bir çuxurun olması diqqət çəkib.

“Panteon” 16 dekabrda Yer kürəsinin 10.3 milyon km (Ayın Yerə olan uzaqlığının 27 qatı) uzaqlığından keçib. Asteroid 5.8 km diametrə sahibdir.

NASA-nın “Arecibo” rəsədxanası tərəfindən çəkilən fotolar “Panteon” asteroidinin 65 milyon il öncə Yerlə toqquşaraq planetimizdəki dinozavrların toplu şəkildə yoxa çıxmasına səbəb olan “Çiçksulub” asteroidinin yarısı boyda olduğunu ortaya çıxarıb.

NASA “Panteon” asteroidi ilk dəfə 1983-cü ildə kəşf edilib. Bu asteroid hər il dekabr ayında gerçəkləşən “Geminid” meteorit yağışlarının da ana qaynağıdır.

Agentlik “Panteon”un növbəti dəfə 2093-cü ildə Yerə yaxınlaşacağını, bu dəfə məsafənin 2,9 milyon km olacağını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm