Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI - TƏSİRLİ GÖRÜNTÜLƏR
Bizi izləyin

Maraq dünyası

Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI - TƏSİRLİ GÖRÜNTÜLƏR

Xərçəng xəstəliyindən əziyyət çəkən 26 yaşlı qız ömrünün son 18 saatında evlənmək istədiyini deyib.

Publika.az xəbər verir ki, ABŞ-ın Konnektikut ştatında yaşayan Hezer Lindsi adlı qadın uzun illərdir süd vəzi xərçəngi ilə mübarizə aparsa da, həkimlər onun ömrünün bitməsinə 18 saat qaldığını deyərək müalicəni dayandırıblar.

L.Hezer isə ömrünün son saatlarında nişanlısı Devid Moşer ilə evlənmək istədiyini bildirib. Cütlük 2016-cı ilin dekabrında nişanlanıb. Devid bir neçə saat sonra sevdiyi qadını itirəcəyini bilsə də, onunla evlənməkdən imtina etməyib.

Xəstəxanada, palatasında gəlinlik geyən Hezer həkimlərin və tibb bacılarının əhatəsində rəsmi nigaha girib. Süni nəfəs aparatının köməyilə tənəffüs sistemini tənzimləyən Hezer, nigahdan 18 saat sonra dünyasını dəyişib.

Nigah şahidi olan rəfiqəsinin sözlərinə görə, Devidin ona dəstək olmağa çalışdığını görən Hezer öləcəyini bilsə də, qorxmayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm