Avropada qış tətili üçün VAZKEÇİLMƏZ MƏKANLAR - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Avropada qış tətili üçün VAZKEÇİLMƏZ MƏKANLAR - - FOTOLAR

Dünyanın ən məşhur səyahət təyinatlarını özündə birləşdirən Avropa qış tətili üçün vazkeçilməz məkanlardan biridir.

Publika.az qışda cənnətməkan olan Avropa şəhərlərini təqdim edir.

1. Cənub-qərbi Avropada, Piren dağlarının ətəyində yerləşən və dəniz sahili olmayan Andorra. Burada xizək sürmək olduqca zövqlüdür.

2. YUNESKO-nun Dünya Mirası siyahısına daxil olan Norveçin ən böyük ikinci şəhəri Bergen. Şimali Avropanın ən böyük səyahət gəmisi limanı burada yerləşir.

3. Tuna çayının ətrafına qurulan iki şəhərin birləşməsi ilə yaranan Macarıstanın Budapeşt şəhəri.

4. Apennin dağlarının ətəklərində yerləşən İtaliyanın Pistoa şəhəri. Tarixi quruluşu və təbii qalan təbiəti ilə olduqca gözoxşayan şəhərdir.

5. Almaniyanın ən böyük şəhəri və eyni zamanda, paytaxtı olan Berlin. Mədəniyyət və tarixi turizmi sevənlər üçün ən gözəl seçim ola bilər.

6. Danimarkanın paytaxtı Kopenhagen. Avropanın ən böyük dəniz ticarəti mərkəzlərindən biridir. 850 il yaşı var.

7. Şotlandiyanın paytaxtı Edinburq. 15-ci əsrdən bəri ölkənin paytaxtı olan bu şəhər Şimal dənizinə yaxın mövqedədir. Avropanın ən gözəl görünüşə malik şəhərlərindən biri kimi tanınır.

8. Çexiyanın paytaxtı Praqa. Onlarla teatr, opera və musiqili teatr biletlərini eyni anda tapa biləcəyiniz mədəniyyət şəhəri. Burada incəsənət tarixinin ən gözəl incilərini öyrənə bilərsiniz.

9. İslandiyanın Reykyavik şəhəri. Qütbə ən yaxın olan şəhərlərdən biridir. Balıqçılıq olduqca məşhurdur. Xizək turizmi də geniş yayılıb.

10. Hollandiyanın ikinci böyük şəhəri Rotterdam. Avropanın ən böyük dəniz limanına sahibdir. İkinci Dünya Müharibəsində yerlə-yeksan olan şəhərin bərpası 20 il davam edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm