Maraq dünyası
Kliniki ölümün sirri açılır: Yeni təcrübə… - Alimlərdən şok iddia
Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyi fonunda sıçrayışın nəticəsi ola bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, alimlər kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyinin kəskin artdığını bildirir.
Bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.
ABŞ-ın Miçiqan Universitetinin elmi qrupu hesab edir ki, kliniki ölümdən həyata qayıtmış insanların təəssüratları, ölüm astanasında gördükləri yuxuların təsviri həmin anlarda beyin fəaliyyətinin kəskin fəallaşması barədə elmi fərziyyələri sübut edir.
Miçiqan Universitetində ölən sıçovullar üzərində aparılmış tədqiqatlar nəticəsində gəmiricinin öldüyü anlarda beyin qabığında elektrik dalğaların intensivliyində kəskin yüksəliş qeydə alınıb.
Elmi qrup hesab edir ki, kliniki ölüm vəziyyətini yaşamış xəstələrin həmin anlarda sankı səyahət etdikləri, özlərinə kənardan baxdıqları, həyati hisslər keçirdikləri barədə söylədikləri də məhz həmin prosesin nəticəsidir.
Lakin Kardif Universitetinin professoru Kris Çambers alimləri tələsik nəticələr çıxarmamağa çağırıb. Onun qənaətincə, siçovul beyninin öyrənilməsi gedişində əldə edilmiş nəticələri insan beyninin fəaliyyətilə bağlı proseslərə birbaşa şamil etmək düz olmaz.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq