ABŞ-dan sonra Çində daha bir inqilabi dəyişiklik
Bizi izləyin

Maraq dünyası

ABŞ-dan sonra Çində daha bir inqilabi dəyişiklik

ABŞ-ın onlayn ticarət şirkəti “Amazon”dan sonra Çinin “Tencent” şirkəti də kassasız mağaza açıb.

Publika.az xəbər verir ki, mağazanı ilk 2 gündə 30 000 nəfər ziyarət edib.

Şirkət “al və çıx” prinsipi ilə işləyən “We Life” adlı mağazanı Şanxay şəhərində istifadəyə verib. Bu mağazadan alış-veriş edənlər nəğd pul və və ya kartdan istifadə etmir. Sadəcə mesajlaşma platforması olan “WeChat” proqramının “Wechat Pay” elektron pulqabı xüsusiyyəti sayəsində aldıqları malın pulunu ödəyirlər.

Müştərilər ağıllı telefonları ilə mağazanın qapısında “QR” kodunu göstərir, istifadəçini tanıma sistemini işə salır və avtomatik şəkildə ödəniş edirlər.

Mağazada kassirlər işləməsə də, çətinlik çəkən müştərilərə yardım edən işçi heyəti mövcuddur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm