“Üzən” bazar - İçində hər şey olacaq
Bizi izləyin

Maraq dünyası

“Üzən” bazar - İçində hər şey olacaq

Bu ilin mayında Dubay-Krik körfəzində “BeYouLand” adı altında dünyada ilk “üzən” bazar işə salınacaq.

Publika.az xəbər verir ki, layihə özündə ənənəvi abra - ərəb qayığı formasını xatırladan Şərq dükanları üslubunda olan 17 qayıq-butiki birləşdirəcək. Bu qayıqlarda yerli və xarici brendlərdən olan geniş çeşiddə istehlak malları, həmçinin yemək və içkilər təklif olunacaq. Hər qayıq soyunub-geyinmə otaqları və kondisionerlərlə təchiz ediləcək.

Bununla yanaşı, bütün mağazalarda müştərilərə kafe xidmət edəcək. Layihənin müəllifi qismində Dubayın “Meraas” iri inşaat şirkəti çıxış edir. (AzərTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm