Nobel akademiyasında QALMAQAL
Bizi izləyin

Maraq dünyası

Nobel akademiyasında QALMAQAL

İsveç Akademiyasının Nobel mükafatının Ədəbiyyat üzrə laureatını seçən bölümünün nümayəndələri haqqında qalmaqallı fakt ortaya çıxıb.

Publika.az xəbər verir ki, İsveçin məşhur “Dagens Nyheter” qəzeti akademiyada işləyən Cean-Klaude Arnaultun illərdir mükafata layiq görülən namizədlərin adını gizli şəkildə sızdırdığını yazıb.

Etiraf Arnaultun həyat yoldaşı, isveçli şair Katarina Frostensondan gəlib.

Faktla bağlı akademiya öz daxilində qapalı istintaq əməliyyatları aparıb. Nəticədə bəlli olub ki, Arnault Nobel qaydalarını pozaraq 1996-cı ildən bəri 7 dəfə mükafatı qazanan namizədin adını başqa şəxslərə deyib. Həmin laureatların kim olduğu isə açıqlanmayıb.

18 nəfərlik heyəti olan akademiya heç vaxt potensial laureatın adını açıqlamır və namizədlərin belə, adlarını gizli saxlayır.

Arnault, həmçinin, akademiyanın 18 işçisini cinsi istismar etməkdə ittiham edilir. Onun cinsi istismar etdiyi şəxslər arasında akademiyanın işçiləri ilə yanaşı, onların həyat yoldaşları və uşaqlarının da olduğu bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm