Çılpaq yatmağın bədənə xeyri - ALİMLƏRDƏN ARAŞDIRMA
Bizi izləyin

Maraq dünyası

Çılpaq yatmağın bədənə xeyri - ALİMLƏRDƏN ARAŞDIRMA

Amerikalı alimlər apardıqları tətqiqatlar nəticəsində insanların 30%-nin gecələr çılpaq yatdığını iddia edirlər. Bəs görəsən, insanlar paltarsız yatmağın rahatlığını hansı arqumentlə izah edirlər? Çılpaq yatmağın ümumiyyətlə, insan sağlamlığı üçün hansı faydaları var?

Publika.az amerikalı alimlərin çılpaq yatmağın insan bədəni üçün qeyri-adi 12 maraqlı faktını təqdim edir:

1. Çılpaq yatan insanlar digərlərinə nisbətən daha dərin yuxuya dalırlar.

Bununla bağlı Amsterdam Universitetinin alimləri maraqlı araşdırma aparıb. Belə ki, sən demə gecə boyu yüksələn bədən temperaturu insanın yuxudan yarımçıq oyanmasına səbəb olurmuş. Ən rahat pejamalar belə bədən temperaturunun daha da artmasına səbəb olur. Dəri temperaturunu minimum səviyyədə aşağı saxlamağın ən asan yolu isə çılpaq yatmaqdır.

2. Çılpaq yatan insanlar arıqlayır

Mütəxəssislərin fikrincə, çılpaq yatmaq da ən azı düzgün pəhriz, idman və məşq hərəkətləri qədər kilo atmağa kömək edir. Amerikanın Milli Səhiyyə İnstitutları arasında aparılan tədqiqatlardan əldə edilən nəticələrə görə, minimum bədən temperaturu ilə yatmaq insan metabolizmasını sürətləndirir və istilik bədəndəki yağları yandıraraq arıqlamağınıza şərait yaradır.

3. Dəriyə mükəmməl qulluq vasitəsidir

Dermotoloqların fikrinə görə, gün ərzində geyimlərin altında qalaraq havasızlığa məhkum edilən bədənimiz çılpaq yatdığımız zaman bir növ zəruri hava ilə təmin olunmuş olur. Bədənin tərləməsi nəticəsində ayaqlarda göbələk, eləcə də bədənin müxtəlif nahiyələrində bişməcələr əmələ gələrək, cürbəcür dəri xəstəliklərinin yaranmasına səbəb olur. Bu səbəbdən həkimlər çılpaq yatmağı bir tərəfdən də dəriyə qulluq vasitəsi hesab edir.

4. Cinsiyyət orqanları bayram edir

Ginekoloqlar düşünür ki, cinsiyyət orqanlarında göbələk xəstəliyinə ən çox qadınlarda rast gəlinir. Gecələr çılpaq yatmaq, bu bölgənin daha təmiz, quru qalmasına səbəb olacaq. Kişilərin də dar alt paltarları geyinməsi sağlamlıqları üçün zərərlidir. Ona görə də paltarsız yatmaq ən yaxşı variantdır.

5. Yataqda cinsi münasibətə müsbət təsir edir

1000 nəfər arasında aparılan araşdırma nəticəsində məlum olub ki, çılpaq yatmaq vərdişi cütlüklərin ehtirasını oyadır. Bir növ yataqda romantik təklif kimi alqılanan bu hərəkət araşdırmada iştirak edən şəxslərin 57%-ni məmnun edib. Onlar pijama geyindikləri və bu hissdən məhrum olduqlarını etiraf ediblər.

6. Yuxuda gəzənlərə məsləhət görülmür

Gecələr yerinizdən durub qeyri-ixtiyarı gəzirsinizsə bu rahatlıqdan əlinizi üzün. Statistikaya görə isə dünya əhalisinin təxminən 5%-i yuxusunda gəzir. Bu qrupa aid olmadığınıza əmin olun.

7 Saç tökülməsinin qrşısını alır

Bədən temperaturunun artması nəticəsində insan tərləyir. Saç diblərinin tərləməsi və daha sonra quruması tük diblərində duz təbəqəsi yaradır. Bu duz təbəqəsi isə saçların kökündən qırılması ilə nəticələnə bilir. Daha sərin temperatuda yatmaq tərləmənizin qarşısını alır. Bu isə həm saçlara, həm dəriyə həm də digər bütün yarana biləcək problemllərə faydalıdır.

8 Dəriniz çox həssasdırsa mütəxəssislər çılpaq yatmağı məsləhət görmür

Allergiyanız varsa və həssas dəri növünə sahibsinizsə, problemlər yaşaya bilərsiz. Çılpaq yatmaq məsləhət deyil. Pijama geyinmək həssas dərinizi xarici təsirlərdən qoruyacaq.

9. Tez-tez xəstələnir və ya soyuq yerdə qalırsınızsa, çılpaq yatmayın

Soyuq otaqda çılpaq yatmaq sizi ciddi soyuqlada bilər. Evinizin isitmə sisteminə güvənmirsinizsə, çılpaq yatmaq macərası sizin üçün ağır fəsadlardan başqa heç nə vəd etmir.

10. Çılpaq yatmağın rahatlığından əlavə, əsas olan normal 8 saat yuxunu yatmaqdır. Əgər siz pijamalarınızla rahat və dərin yuxu yata bilirsinizsə, demək siz ən azı çılpaq yatanlar qədər xoşbəxtsiz.

Bella

Oxumağa davam et
Reklam
Reklam

Gündəm