Əsəblərinizi sakitləşdirəcək Yapon sənəti: ''Dorodango''
Bizi izləyin

Maraq dünyası

Əsəblərinizi sakitləşdirəcək Yapon sənəti: ''Dorodango''

Yaponiyada insanların tez-tez müraciət etdiyi və bununla mənəvi rahatlıq tapdıqları bir çox sənət növü var. Bunlardan biri də rahatladıcı xüsusiyyəti ilə seçilən "Dorodango" sənətidir. Burada əsas torpaqla təmasdır.

Publika.az xəbər verir ki, yaponlar torpaqla təmasda olaraq ondan müxtəlif top formalarını xatırladacaq fiqurlar hazırlayırlar. Hazırlanan fiqurlar palçıqdan hazırlanır. Bu bir növ bizim duluşçuluq sənətini xatırladır.

Əvvəlcə bir miqdar torpaq götürülür və o bütünlüklə kiçik daşlardan, sərt hissəciklərdən təmizlənir. Narın qum bir qədər nəm halında ovuc arasında yoğrulur. Bununla ona forma verirlər. Təxminən 20-30 dəqiqəyə qədər davam edən prosesin sonunda artıq tamamilə yumuru hal almış palçıq plastik paketlərə qoyularaq qurudulur.

Xüsusilə günəş şüaları altında qurudulmasına üstünlük verilir. Quruduqca daha da top forması alır. 20 dəqiqə qurudulduqdan sonra həmin fiqurlar müxtəlif yağlı boyalarla bəzədilir. Üzərinə müxtəlif naxışlar vurula bilər. Bu daşlar yaponlar üçün rahatladıcı xüsusiyyətə malik əşyalar sırasındadır və dəyərlidir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm