ABŞ Rusiyaya tualet sifarişi verdi - - FOTO
Bizi izləyin

Maraq dünyası

ABŞ Rusiyaya tualet sifarişi verdi - - FOTO

ABŞ Beynəlxalq Kosmik Stansiyadakı bölməsi üçün Rusiyanın “Energiya” şirkətinə tualet sifarişi verib.

Publika.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama gəlib.

Şirkətin illik hesabatında bildirilib ki, Beynəlxalq Kosmik Stansiyada ABŞ-ın bölməsi üçün sanitar təsisat və kabin üçün detal istehsalı və yerləşdirilməsi ilə bağlı xidmətləri ehtiva edən müqavilənin həyata keçirilməsi il boyunca davam edib. Çalışmalar uğurla başa çatıb və sifariş təslim edilib.

Qeyd edək ki, bu, ilk belə sifariş deyil. Amerikanın Kosmos və Aviasiya Agentliyi (NASA) BKS-dakı bölməsinə aid kabini təmir edə bilməmiş və 2007-ci ildə Rusiyaya eyni sifarişi vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm