Dəbdə İNQİLAB - Valideynlər artıq xərcə düşməyəcək! - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dəbdə İNQİLAB - Valideynlər artıq xərcə düşməyəcək! - - FOTOLAR

Uşaqlar fiziki baxımdan o qədər tez böyüyürlər ki, az qala, onların geyimləri hər gün bir az da balacalaşır. Bu da valideynləri artıq xərcə salır.

Publika.az xəbər verir ki, belə vəziyyətin artıq problem halına çevrildiyini görən innovativ dizayn mühəndisliyi ixtisasında master olan Rayn Yasin adlı gənc qəribə layihə ərsəyə gətirib.

O, özünün yaratdığı texnologiya ilə yeni geyimlər istehsal edib. Bu geyimlərin spesifik xüsusiyyəti isə uşaqlarla birlikdə böyüməsidir.

Beləcə, “Bu, artıq balacalaşdı”, “yenisini almaq lazımdır” kimi problemlər aradan qalxmış olacaq. Həm uşaqlar gələcəyin dəbinə uyğun geyimlər geyinəcək, həm də valideynlər artıq xərcə düşməyəcək.

Müəllifin bu layihədəki ən böyük xəyallarından biri də tekstil sahəsində əmələ gələn tullantıların taleyini həll etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm