Dünyanın ən zəngin adamıdır, amma etdikləri hamını ŞOKA SALIR - FOTO
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən zəngin adamıdır, amma etdikləri hamını ŞOKA SALIR - FOTO

Dünyanın ən böyük pərakəndə satış sistemindən olan “Amazon”un sahibi Cef Bezosun sərvəti 150 milyard dolları aşıb.

Publika.az dünyanın ən zəngin adamının qəribə xüsusiyyətlərini təqdim edir.

C.Bezos ötən gün bir neçə saatda 1.2 milyar dollar qazanıb. Son iki ildə sərvəti iki dəfə artıb. Şəxsi sərvəti 150 milyard dollardır. 1995-ci ildə şirkətini quranda ilk gün 6 sifariş alan Bezosun 2018-ci ildə günlük sifarişləri 2 milyona çatır. Sərvəti nə qədər artsa da, Bezos gündəlik həyatında qaydalarını dəyişmir.

O, səhərlər bədəni nə zaman oyanmaq istəsə, onda yuxudan durur. Əsla saatı qurmur, kimsə də gəlib onu oyandıra bilməz. Ən azı 8 saat yatır.

Çox çalışqandır, ancaq hər zaman ailəsinə vaxt ayırır. Günə roman yazan həyat yoldaşı MacKenzie Bezosla səhər yeməyi yeyərək başlayır. Günortaya qədər gününü uşaqları ilə keçirir.

C.Bezosun səhər yeməyi anlayışı da fərqlidir. O, əsasən kartoflu osminoq, sarımsaqlı qatıq, yumurta yeyir. İclasları sevməyən Bezos əsasən, bu işləri nahardan sonraya saxlayır. Amazonun digər ortaqları ilə ildə ən azı 5 saat görüşür. 2 pizzanın doyura biləcəyindən çox adam olan iclaslarda iştirak etmir.

Bezos sərt və kobud bir sahibkar olaraq bilinir. Hətta onun işçilərinə qarşı əsəblərini sakitləşdirmək və sərt davranmasına mane olmaq üçün daim yanında bir köməkçisi olur. Bezosun şirkəti tez-tez işçilərin etiraz aksiyaları ilə də gündəmə gəlir.

Günün sonunda axşam yeməyindən sonra evdəki qabları C.Bezos özü yuyur. Maraq sahələrinə gəldikdə, əsasən kosmik əlamlə maraqlanır. Təkcə bu mövzuda filmlərə baxmaqla kifayətlənmir. NASA-nın okeana düşən keçmiş roket hissələrini axtarmaq ən böyük hobbisidir. O, kosmik araşdırmalara milyon dollar xərcləyib.

Bezos 1996-ci il modeli olan "Honda" markalı avtomobillərdən imtina edə bilmir. Qənaət etməkdən danışanda bunu tez-tez dilə gətirir. Arxa planda isə 70 milyon dollarlıq jet istifadə edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm