İsrail kəşfiyyatının qurduğu şəbəkə...- Adnan Oktarla bağlı şok iddia
Bizi izləyin

Maraq dünyası

İsrail kəşfiyyatının qurduğu şəbəkə...- Adnan Oktarla bağlı şok iddia

Adnan Oktar və qrupu ilə bağlı keçirilən əməliyyat və bu şəbəkə barəsində ittihamlar geniş müzakirə olunur. İttihamlarda diqqət çəkən siyasi və hərbi casusluqla bağlı məqamı anlamaq üçün günümüzdə kəşfiyyat xidmətlərinin hədəf ölkələrdə necə təşkilatlandığı və şəbəkə qurduğunu aydınlaşdırmağa ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu fikirlər kəşfiyyat mütəxəssisi Ərkut Ərsoyun stratejikguvenlik.wordpress.com saytı üçün yazdığı məqalədə yer alıb.

Məqalədə qeyd olunur ki, kəşfiyyat xidmətləri Soyuq müharibə dövründə fəaliyyətini rəsmi akkreditasiya edilən şəxslər, məxfi agentlər, gizli təşkilatlar vasitəsilə həyata keçirib. Gizli təşkilatlarda işləyən şəxslərin böyük əksəriyyəti “mətbəxdə” hazırlanan plandan xəbərdar olmadan onlara verilən tapşırıqları yerinə yetiriblər. Xüsusi olaraq müxtəlif strukturlarda yerləşdirilən və qeyri-leqal fəaliyyət göstərən şəxslər təmaslar qurmaqla və ya öz imkanları hesabına informasiya toplamağa çalışırdılar. İqtisadi sferada kəşfiyyat məlumatları toplamaqla vəzifələndirilən casus beynəlxalq şirkətin əməkdaşı adı ilə maskalanırdısa, sosioloji sahədə məlumat toplayacaq əməkdaşlar xarici qeyri-hökumət təşkilatının nümayəndəsi və ya qəzetçi qiyafəsində ortaya çıxırdı.
Bu sistem əsasında iş aparmağın günümüzdə keçərli olmasına rəğmən, belə casusların kəşfiyyat xidmətinin “radarına” düşərək ,həbs edilmə ehtimalı yüksəkdir.

Bu gün isə hansısa terror hücrəsinə, yerli qeyri-hökumət təşkilatına və buna oxşar qurumlara sızmaq üçün diplomatik imtiyazlar yetərli deyil. Çünki diplomatların bütün görüş və təmasları izlənir, onun təmas qurduğu bütün şəxslər nəzarətə alınır. Güclü nəzarət altında xarici kəşfiyyat xidmətləri üçün fəaliyyət göstərmək mümkünsüz olur.

Bu problemi aradan qaldırmaq məqsədilə kəşfiyyat xidmətləri “dərin qapaq” adını verdikləri sistem yaradımlar. Onlar hədəf ölkənin vətəndaşlarından katalizator olaraq istifadə edirlər. Bu sistem kəşfiyyat xidmətinin ehtiyacları çərçivəsində yararlı olacaq şəxslərin tapılması, araşdırılması və kəşfiyyat xidmətinə cəlb edilməsini nəzərdə tutur.

Ərkut Ərsoyun fikrincə, Adnan Oktar və qrupunun fəaliyyəti araşdırılarsa, onun İsrail kəşfiyyatının “dərin qapağı” olduğu müəyyən edilə bilər. Oktarın İsraillə qurduğu əlaqələr, A9 kanalında canlı yayımda Böyük ustad dərəcələrinin verilməsi və efirdən adı çəkilən ölkə ilə bağlı səsləndirdiyi fikirlər bu qrupun əslində Tel-Əvivlə əlaqələrini ortaya çıxarır.

Burada sual yaranabilər: İsrailə işləyən biri nə üçün canlı yayımda belə açıqlamalar verir? Nədən əlaqələrini məxfi saxlamağa ehtiyac görmür? Bəziləri “bu qədər açıq deyilən, hər kəsin bildiyi şeylər necə casusluq ola bilər” fikrini irəli sürə bilər. Bu sualın cavabı sadədir. Adnan Oktar FETÖ kimi dövlət içində güclü bir təşkilat qurmayıb və onun sadəcə, kəşfiyyat xidmətinin vasitəçi qurumu olaraq fəaliyyət göstərdiyi ehtimalı yüksəkdir. Bununla belə, Oktar qrupu İsrail kəşfiyyatının Türkiyədəki hədəfləri çərçivəsində müəyyən edilən şəxslərin tələyə salınaraq MOSSAD-ın ovcuna düşməsində rol oynaya bilər. Əldə edilən digital qeydlərdə nələr olduğu ortaya çıxdıqca, bu qrupun və MOSSAD-ın Türkiyədə kimləri hədəf seçdiyi aydın olacaq.

Bu qrupun ikinci bir funksiyası isə Türkiyədə İsrailin xeyrinə bir mühitin yaradılmasını təmin etmək ola bilər.

Əgər istintaq dəqiq aparılırsa, İsrailin Oktar vasitəsilə şəbəkə yaratdığı təsdiqlənə bilər. Bunun üçün qrupun maliyyə bağlantıları, təmas qurduğu adamlar, habelə arxivi araşdırılmalıdır. Bu da 20 illik bir fəaliyyətin sonunda corabı diqqətlə və səhvə yol vermədən sökmək demək olardı. İstintaq bunu bacarsa, o zaman TİTKA-nın Qüdsdəki fəaliyyətinə görə Türkiyəni günahlandıran İsrailə qarşı güclü bir kart əldə etmiş olacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm