Düma haqqında sizi heyrətə salacaq FAKT: Əslində əsərlərini kim yazırmış?
Bizi izləyin

Maraq dünyası

Düma haqqında sizi heyrətə salacaq FAKT: Əslində əsərlərini kim yazırmış?

Tarix boyu ən çox əsərləri satılan yazıçı bilirsinizmi kimdi? Aleksandr Düma…

Onun yaradıcılığını araşdıran tənqidçilər qeyd edirlər ki, Düma özündən sonra 100 000 səhifəlik əsərlər toplusu qoyub. Bura 250 pyes, səyahətlər, romanlar və s. aiddir. Publika.az xəbər verir ki, əslində Düma bu qədər əsəri tək yazmayıb.

Кадр из к/ф Â

Onunla əməkdaşlıq edən bir sıra yazıçılar olub. Bu yazıçılardan biri Oqyüst Makedir. Düma onunla birgə “Şövalye d’Armantal”, “Üç muşketyor” əsərlərini yazıb. “La Press” qəzetinin yaradıcısı və redaktoru Emil Jerarden isə digər müəllifin adının işıqlandırılmasına qarşı çıxmışdı. Redaktor bu qərarını xalqın yalnız məşhur yazıçının əsərlərini oxumaq istəyilə bağlamışdı. Tanınmayan imzanın işıqlandırılması isə ancaq əsərin dəyərini sala bilərdi. Make yüksək qonorar qarşılığında bu qərarla razılaşır. Bir müddət sonra dost yazıçılar arasında mübahisə düşür. Bu vaxt Make Dümanı məhkəməyə verərək əsərlərin sonunda imzasını təstiqlətmək istəyir. Amma artıq çox gec idi və məhkəmə Aleksandr Dümnın lehinə qərar çıxarmışdı. Məşhur olmağın bəzən belə haqsız yönləri də olur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm