Yəhudilərin baş geyimlərinin sirri: Heç kəsin ağlına gəlməzdi - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Yəhudilərin baş geyimlərinin sirri: Heç kəsin ağlına gəlməzdi - FOTOLAR

Dindar yəhudini ən uzaq məsafədən seçmək olur. Onun libası haqqında fikir söyləmək üçün başqa şans qoymur. Böyük şlyapa, uzun yaxalığına görə yəhudilərə önündən keçənlər biganə qalmır. Onlara görə libas insanın əsas mahiyyətini üzə çıxardır. Dünyanın hər yerində də öz geyimlərində gəzirlər.

Əslində isə dərinə baş vursaq, dindar yəhudilərin geyiminin də bir çox növü və anlamı var. Adi baş geyiminin 34 növünü sadalamaq mümkündür. Məhz bu rəngarəngliyə görə də kişinin dini statusu haqda məlumat əldə etmək olur.

Publika.az yəhudilrin baş geyimlərinin bir neçəsinin adını və izahını təqdim edir.

Yəhudilərin başında adətən kipa adlı ağ və digər rənglərdə parça papaq qoyurlar. Yəhudi ravvinlər söyləyirlər ki, ta qədim zamanlardan baş geyimi, xüsusən kipa Tanrı ilə ünsiyyət sayılıb. Bir insanın başında kipa varsa, Allaha daha yaxındır.

Daha bir baş geyimi plüş adlanır. Bu kənarları qaba, üst hissəsi olan şlyapa növüdür.

Digər papaqlar isə əsasən məxmərdən hazırlanır. Bu papaqlar samet də adlanır. Aşağı zümrəli dindarlar kneyç adlı şlyapa taxırlar. Bu şlyapanın hər iki yanından zalom (burulmuş saç) sallanır. Varlıların şlyapaları isə hamburq adlanır və salomsuz olur.

Ən yüksək dini rütbənin baş geyimi isə təbii ki, kürkdən hazırlanır, ştrayml adlanır. Hasidlər onu yalnız Şabbat və digər bayramlarda geyinirlər. Belə papaqların qiyməti adətən bir neçə min dollar olur. Ştrayml taxmaq ancaq evli kişilərin haqqıdır.

Dini, yaxud digər rəsmi rütbələri kənara qoysaq, istənilən halda baş geyimləri kişilərin daha eleqant və şarmlı görünüşünə xidmət edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm