Bu cür qidalanma su ehtiyacını 55 faiz azaldır
Bizi izləyin

Maraq dünyası

Bu cür qidalanma su ehtiyacını 55 faiz azaldır

Sağlam qidalanma, xüsusən də, vegetarian qidalanma su ehtiyacını 55 faizə qədər azalda bilər.

Publika.az xəbər verir ki, bununla bağlı "Nature Sustainability" jurnalında yayımlanan araşdırmada istər ət qəbul edərək, istərsə də ətdən imtina edərək sağlam qidalanmanın şəxsin özü və ətraf mühit üçün faydalı olduğu bildirilir.

Araşdırmada sağlam qidalanmanın birbaşa və ya dolayı yolla su ehtiyacını azaltdığı açıqlanıb.

İngiltərə, Fransa və Almaniyada aparılan araşdırmada ət qəbul edərək sağlam qidalanma ilə su ehtiyacını 11-35, qida rasionundan əti çıxararaq isə 35-55 faiz su ehtiyacını azaltmağın mümkün olduğu bildirilir. Balıq və digər dəniz məhsulları yeyən, digər heyvan mənşəli qidalar qəbul etməyənlərin isə su ehtiyacı 33-35 faiz azalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm