Velosiped zəncirlərindən heykəllər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Velosiped zəncirlərindən heykəllər - FOTOLAR

Koreyalı gənc velosiped zəncirlərindən hazırladığı heykəllərlə dünyanı fəth edib.

Publika.az xəbər verir ki, Cənubi Koreya vətəndaşı olan Seo Yanq-Deok heykəltəraşdır. Uşaq yaşlarından bu sahəyə marağı olan Seo Yanq deyir ki, öz işində həmkarlarından fərqlənmək üçün çox düşünüb:

"Heykəltəraşlıq mənim üçün çox maraqlı sahədir. Bir insanın surətini yaratmaq, onun cizgilərinə diqqət etmək səbr tələb edir. Digər heykəltəraşlardan fərqlənmək üçün istifadə edə biləcəyim materiallar axtarırdım. Çox zamanımı aldı, amma nəhayət heykəllərimi velosiped zəncirləri vasitəsilə hazırlamaq qərarına gəldim. Düşünürəm ki, bunun öhtəsindən gəldim".

Heykəllər qeyri-adi materialdan - velosiped zəncirləri, boltlar, kiçik hissələr vasitəsilə hazırlanır. Amma xüsusilə zəncirlər istifadə edilir. Heykəllərdə natural ölçü nəzərə alınır və insan fiqurlarının bütün nüansların dəqiq işlənilir. Onun yaradıcılığına aid kolleksiyası "müasir sənaye dünyasında insanın problemləri" adlanır.

Həmin möhtəşəm fotoları təqdim edirik:

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm