72 il əvvəl itən Amerikaya məxsus təyyarə tapıldı - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

72 il əvvəl itən Amerikaya məxsus təyyarə tapıldı - FOTOLAR

İkinci Dünya Müharibəsindən dərhal sonra İsveçrə Dağlarında qəzaya düşən Amerikaya məxsus döyüş təyyarəsinin qalıqları 72 il sonra tapılıb.

Publika.az xəbər verir ki, təyyarənin ilk qalıqları Qauli buzlaqlarının əriməsi ilə üzə çıxıb. Belə ki, ilk olaraq avqust ayının ortasında təyyarənin gövdəsi və mühərriki tapılıb. Fotoları isə sosial mediaya yüklənib.

Buzlaqların əriməsi ilə əraziyə cəlb edilən İsveçrə ordusu dağıntılar altında qalan parçaları araşdırır. Əsgərlərin buz altından çıxan parçalar haqqında ilkin məlumatları “C-53 Skytrooper Dakota” tipli təyyarəyə aid olmasıdır. Qalıqlar 3 min 350 metr yüksəklikdə tapılıb. Təyyarə, 19 Noyabr 1946 tarixində qəzaya uğrayıb.

Təyyarənin Avstriyadan havaya qalxaraq İtaliyaya yollandığı , lakin Alp dağlarında qəzaya uğradığı üçün daha başqa məlumatın olmadığı bildirilib. Amerikaya məxsus təyyarənin qəza zamanı təxminən 280 kilometr sürətlə uçduğu ehtimal edilir.

Təyyarənin qalıqları ilk dəfə 2012-ci ilin yaz aylarında üç gənc tərəfindən tapılmışdı. “C-53 Skytrooper Dakota”nın içərisində qəza zamanı səkkiz üst rütbəli Amerika əsgəri, dörd ekipaj üzvü olub. Təyyarənin içərisindəki şəxlər isə möcüzə şəklində sağ qalmışdılar. Pilot son anda simsiz rabitənin köməyi ilə qəza barədə məlumat ötürə bidiyi üçün, onların həyatını xilas etmək mümkün olub. Keçən il yenə İsveçrənin Alp dağlarında buzlaqların əriməsi nəticəsində 75 il öncə itmiş cütlüyün cəsədləri tapılmışdı.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm